AzMİU-nun Fövqəladə hallar və Həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının baş müəllimi Soltan Səbzəliyev onlayn dərs deyən zaman dünyasını dəyişib.
Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin Mətbuat və İnformasiya Şöbəsinin rəhbəri Nəcibə Mirzəyeva bildirib ki, Soltan Səbzəliyev 62 yaşında qəfil ürəktutmadan vəfat edib:
“Hadisə dərs zamanı baş verib. Heç bir əsəbləşmə halı olmayıb. Sakit dərsini keçən zaman hadisə olub. O, doğulduğu İsmayıllı rayonunun Ruşan kəndində dəfn olunub”.
Qeyd edək ki, Soltan Səbzəliyev 25 ildən artıq AzMİU-da çalışıb.