Logo

BDU-nun müəllimi qış məktəbində iştirak edib

08.04.2021 15:10 463 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Zoologiya və fiziologiya kafedrasının müəllimi Sevinc Məmmədova İstanbul Universitetinin Genetika klubunun təşkilatçılığı ilə keçirilən XVIII Beynəlxalq Molekulyar biologiya və genetika qış məktəbində iştirak edib.


Qış məktəbi biologiya və tibb elmləri sahəsində tədqiqat aparan gənc alim və mütəxəssislər, həmçinin magistrant, doktorant və dissertantlar üçün nəzərdə tutulub. Gənc bioloqlarının elmi biliklərinin təkmilləşdirilməsinə, həmçinin onların gələcək fəaliyyətlərinin istiqamətləndirilməsinə xidmət edən layihənin proqramında yeni elmi prioritetlərə dair elmi master klasslar, maraqlli elmi məruzələr, elmi disputlar həyata keçirilib.


S.Məmmədova qış məktəbində ABŞ, Böyük Britaniya, İsrail, Fransa, Türkiyədə fiziologiya, neyroelmlər və toksikologiya üzrə tanınmış alimlərin mühazirələrini dinləyib və müzakirələrdə iştirak edib.

Xəbər lenti