Logo

Pedaqoji Universitetdə yeni tələbə klubları fəaliyyətə başlayıb - FOTO

18.03.2024 13:35 126 baxış
IMG

ADA Universitetinin tərəfdaşlığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Kosmos klubu yaradılıb.

Universitetdən "Tehsil.biz"ə bildirilib ki, tələbə klubu ADPU-da Təhsil Könüllüləri Tələbə Birliyinin nəzdinə, ADA Kosmos klubu və Qalaktika Cəmiyyəti ilə birgə fəaliyyət göstərəcək.

Azərbaycanın 10 universiteti, Azərkosmos və Şamaxı Astrofizika Rəsədxanası ilə yenicə əməkdaşlıq edən qlobal Qalaktika Cəmiyyəti artıq azərbaycanlı tələbələr, şagirdlər və elm həvəskarları üçün çağırış edir. Cəmiyyət ADA Universitetində təcrübə proqramı, “Qalaksi" görüşündə (ABŞ, 2026) iştirak şansı, karyera inkişafı, elmi məqalə dərci, beynəlxalq sertifikatlar, konfranslar, yarışlar, olimpiadalarda iştirak və s. kimi 35 xidmət növünü özündə birləşdirir. 

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası və Pedaqoji Universitet arasında əməkdaşlıq çərçivəsində Universitetin, əsasən riyaziyyat müəllimliyi, riyaziyyat və informatika müəllimliyi ixtisaslarında təhsil alan, eyni zamanda İKT sahəsinə həvəsi və bacarığı olan  tələbələrinin İT üzrə peşəkar inkişafına dəstək olmaq və şəbəkələşmə prosesinə təkan vermək məqsədilə ADPU-da  Kiber klub yaradılıb. 

Qeyd edək ki, klub həm də digər ali təhsil müəssisələri ilə təcrübə mübadiləsi vasitəsilə gənclər arasında körpü rolunu oynayacaqdır.

ADPU-da yeni fəaliyyətə başlayan digər klub isə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə layihəsi əsasında ADPU TGT nəzdində yaradılan “CreART” könüllü mədəniyyət klubudur. Klub mütəmadi olaraq tələbələr üçün film nümayişləri və ekskursiya tipli layihələr həyata keçirməklə onlarda estetik təfəkkürün formalaşmasına töhfə verməyi hədəfləyir.

Xəbər lenti