Logo

BDU-da elmi seminar keçirilib

18.03.2024 13:57 200 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində “Azərbaycan üçün İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının perspektivləri” mövzusunda seminar keçirilib.

BDU-dan "Tehsil.biz"ə bildirilib ki, Zoologiya və fiziologiya kafedrasının dosenti Sevinc Hümbətova iqlim dəyişikliklərinin səbəbləri barədə məlumat verib, son illər karbon emissiyası, ətraf mühitin çirklənməsi, istiləşmə kimi ekoloji problemlərin dünya əhalisinin sağlamlığını təhdid etdiyini deyib. Qeyd edib ki, yaşıl iqtisadiyyata keçid, bərpaolunan enerji ilə bağlı təşəbbüslərin dəstəklənməsi, yerli icmaların maarifləndirilməsi bu problemlərlə mübarizədə vacib amillərdəndir.

Məruzəçi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının qəbulunun iqlim problemlərinin həllində əhəmiyyətini vurğulayıb. O bildirib ki, Azərbaycan bu ilin noyabr ayında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək, ölkədə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Azərbaycan coğrafi-iqlim şəraitinə görə yaşıl enerji potensialı yüksək ölkədir. COP29 tədbiri neft-qaz ölkəsi olan Azərbaycanın yaşıl iqtisadiyyat istiqamətində apardığı siyasət haqqında beynəlxalq ictimaiyyətdə fikir formalaşdırmasında və ölkəyə kapital cəlb edilməsində əhəmiyyətli rol oynayacaq.

Sonra iştirakçılarla birlikdə COP29-un Azərbaycan üçün yaradacağı yeni imkanlar, ekoloji problemlərin həlli, fakültənin professor-müəllim heyətinin yaşıl iqtisadiyyatla bağlı tədqiqat və proqramların yerinə yetirilməsində iştirakı haqqında müzakirələr aparılıb.

Xəbər lenti