Logo

ADAU-da ilk dəfə “Qumat” maye gübrəsi tətbiq olunub

08.04.2021 15:13 464 baxış
IMG

Bu gün Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Tədris-təcrübə təsərrüfatında ilk dəfə olaraq müxtəlif sort bitkilərdə və meyvə bağlarında qumat maye gübrəsinin tətbiqinə başlanılıb.

 

Universitetin Bağçılıq kafedrasının müdiri, dosent Hüseyn İdrisov bildirib ki, alınmış məhlul türkiyəli mütəxəssislərlə birgə yerli mütəxəssislərin təyin etdiyi qida norması əsasında hazırlanıb. Həmçinin qeyd olunub ki, bu gübrə maye şəklində olduğuna görə bitkinin mineralları daha tez mənimsəməsinə və böyük sahələrdə daha az gübrə sərfiyyatına gətirib çıxarır.

 

Gübrə tərkibindəki makro və mikro elementlərin zəngin olmasıyla da digər gübrələrdən fərqlənir. Yerli mütəxəssislər tərəfindən aparılan təcrübələr nəticəsində belə müəyyən edilmişdir ki, qumat gübrəsindən istifadə məhsuldarlığın artımına 30-35% müsbət təsir göstərir.

 

Qeyd edək ki, qumat məhlulu çoxlu çeşidə malikdir, lakin, ADAU-da tətbiq olunan maye gübrə sırf bölgənin iqlimi və torpağın şəraiti nəzərə alınaraq hazırlanıb. Əgər tətbiq sahəsi dəyişərsə gübrənin tərkibi də mütləq yer və iqlim şəraiti nəzərə alınmaqla dəyişməlidir.

Xəbər lenti