Logo

ATMU-nun tələbələri “Erasmus+” təqaüd proqramından faydalanırlar

18.03.2024 15:24 153 baxış
IMG

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) üç tələbəsi 2023/2024-cü tədris ilində Avropa İttifaqının maliyyələşdirdiyi “Erasmus+” proqramı çərçivəsində nəzərdə tutulan təqaüd proqramından faydalanmaq şansı əldə ediblər.

Bu barədə "Tehsil.biz"ə ATMU-dan məlumat verilib.

Bildirilib ki, hazırda ali təhsil müəssisəsinin Turizm və qonaqpərvərlik fakültəsinin bakalavriat səviyyəsinin tələbələrindən Cavad Abbaszadə Rumıniyanın Alexandru İoan Cuza Univetsitetində, Mirvüsal İbrahimli Türkiyənin Eskişehir Osmanqazi Universitetində, Biznes idarəçiliyi fakültəsinin magistrantı Nihad Hadıyev isə İtaliyanın G.N.Annunzio Çieti-Pescara Universitetində menecment ixtisası üzrə təhsillərini davam etdirirlər.

Xəbər lenti