Logo

Məktəb direktoru işindəki nöqsana görə vəzifəsindən azad olunub

18.03.2024 16:09 174 baxış
IMG

Şərur rayon Təhsil Şöbəsi tərəfindən Muğancıq-Mehrab kənd tam orta məktəbində aparılan yoxlamalar zamanı məktəbin direktoru Sinduz Cəfərovanın fəaliyyəti dövründə maliyyə pozuntusuna və vəzifə səlahiyyətlərində nöqsanlara yol verdiyi aşkarlanıb.

"Tehsil.biz"in məlumatına görə, Şərur rayon Təhsil Şöbəsinin təqdimatı əsasında Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin müvafiq əmri ilə Sinduz Cəfərova Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 15 mart 2024-cü il tarixində vəzifəsindən azad olunub.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən təhsil müəssisələrində şəffaflığın təmin olunması məqsədilə aparılan tədbirlər bundan sonra da davam etdiriləcək.

Xəbər lenti