Martın 1-dən 15-dək Elm və Təhsil Nazirliyi və qurumlarına 19 min 590 vətəndaş müraciəti daxil olub.
Nazirlikdən "Tehsil.biz"ə bildirilib ki, müraciətlərin 12 min 683-ü Çağrı mərkəzləri, 660-ı sosial media, 2 min 395-i vatsap vasitəsilə, 907-si elektron, 873-ü yazılı formada yönləndirilib. Vətəndaş qəbulu zamanı isə 2 min 72 müraciət qeydə alınıb.
Müraciətlər şagirdlərin yerdəyişməsi, tələbələrin köçürülməsi, işə qəbul, xaricdə təhsil, təhsil haqqı və güzəştlər, müəllimlərin iş yerinin dəyişdirilməsi, təhsilverənlərin sertifikatlaşdırılması və digər məsələlərlə bağlı olub.