Logo

Milli Kitabxanada Novruz bayramı ilə bağlı elektron məlumat bazası yaradılıb

19.03.2024 13:00 158 baxış
IMG

Azərbaycan Milli Kitabxanasında Novruz bayramı münasibətilə elektron məlumat bazası yaradılıb.

Kitabxanadan "Tehsil.biz"ə bildirilib ki, “Novruz bayramı” adlı elektron məlumat bazası onlayn formada istifadəçilərə təqdim edilib.

Kitabxana əməkdaşlarının hazırladığı materiallarda Novruz haqqında nəşrlər, adət-ənənələr və deyimləri əks etdirən foto və videolar nümayiş olunub. Məlumat bazası ilə tanış olmaq istəyənlər https://anl.az/el/emb/Novruz/index.htmllinkindən istifadə edə bilərlər.

Xəbər lenti