Logo

Şərqşünaslıq İnstitutunda doktorant və dissertantlar üçün seminarlar davam edir

19.03.2024 13:30 218 baxış
IMG

AMEA-nın akademik Z. Bünyadov adına Şərqşünaslıq İnstitutunda doktorant və dissertantlar üçün seminarlar davam edir.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, növbəti seminar “Atatürk dövründə İran-Türkiyə münasibətləri” mövzusunda olub. Cənubi Azərbaycan şöbəsinin aparıcı elmi işçisi dosent Sübhan Talıblı İran ilə Osmanlı imperiyasının əlaqələrinin əsasən güclü dövrlərində qonşuluq rəqabəti şəklində olduğunu bildirib.

Qeyd olunub ki, XX əsrin əvvəllərində hər iki ölkənin gündəliyində oxşar daxili və xarici problemləri iki dövləti xilas olma çarələri axtarmağa sövq edib. 1906-cı ildə İranda Məşrutiyyət elan edilib, 1907-ci ildə Məclis buraxılıb. Həmin dövrdə İran torpaqlarının İngiltərə və Rusiya arasında bölünməsinə dair gizli razılıq əldə edilmişdi. I Dünya müharibəsi başladıqda İran çətin vəziyyətdə idi. İranın hökumət adamları öz aralarında tayfalar, din xadimləri, ingilis-rus-Osmanlı-Almaniya tərəfdarları olaraq bölünmüşdülər.

Seminarda məruzəçi Türkiyə Cümhuriyyətinin qurulması, Qacar sülaləsinin süqutu və İranda yeni şahın hakimiyyətə gəlməsindən sonra İran-Türkiyə münasibətlərində yeni mərhələnin - yaxınlaşma mərhələsinin başlanması, iki ölkə arasında imzalanmış sənədlər, Rza şahın Türkiyəyə səfəri, Atatürkün Rza şahla görüşü, müzakirə olunan məsələlər, xüsusilə də səfərin iki ölkə arasında münasibətlərə təsiri və s. barədə fars, türk, ingilis, rus dillərində olan mənbələr əsasında ətraflı məlumat verib.

Xəbər lenti