Logo

“Xalqın mədəni sərvəti” Cabbar Qaryağdıoğlunun xatirəsinə həsr olunacaq

19.03.2024 14:35 166 baxış
IMG

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası 27-29 mart tarixlərində Mədəniyyət Nazirliyinin dəstəyi, Gəncə-Daşkəsən və Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə “Xalqın mədəni sərvəti” layihəsini təqdim edəcək. 

Filarmoniyadan "Tehsil.biz"ə verilən məlumata görə, üçüncü dəfə keçiriləcək layihə Azərbaycan xanəndəlik sənətinin görkəmli nümayəndəsi Cabbar Qaryağdıoğlunun əziz xatirəsinə həsr olunacaq.

Qeyd edək ki, "Xalqın mədəni sərvəti" layihəsi 8-14 yanvar tarixlərində simfonik muğam janrının banisi Fikrət Əmirova, 14-16 fevral tarixlərində görkəmli bəstəkarımız Qara Qarayevə həsr olunub.

Xəbər lenti