Logo

Gəncədən məktəbli qız dünyanın ən nüfuzlu universitetinə qəbul olub

19.03.2024 15:02 161 baxış
IMG

Azercell Telekom” və Elm və Təhsil Nazirliyinin birgə əməkdaşlığı sayəsində ölkənin İT olimpiadası üzrə milli komandası yüksək nəticələr nümayiş etdirir.

İnformatika fənni üzrə müxtəlif milli və beynəlxalq olimpiadaların qalibi Gəncə Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 2023-cü il məzunu, hal-hazırda İngiltərənin London Universitet Kollecində (UCL) təhsil alan Fidan Hüseynova dünyanın ən nüfüzlu ali məktəbinə ABŞ-ın Massaçusets Texnologiya İnstitutuna (MIT) qəbul olub.

Məktəbli olduğu dövrdə Fidan yerli və beynəlxalq olimpiadalarda iştirak edərək uğurlu nəticələr əldə edib. Belə ki, Fidan informatika fənni üzrə Respublika Fənn Olimpiadalarında (RFO) 4 dəfə qızıl medal və iştirak etdiyi 11 müxtəlif beynəlxalq olimpiadalar və müsabiqələrdə 1 qızıl, 2 gümüş, 3 bürünc medal və 1 həvəsləndirici mükafata layiq görülüb.

Xəbər lenti