Logo

Azərbaycan Universitetində “Life-changing English” adlı təlim keçirilib

08.04.2021 16:29 558 baxış
IMG

Azərbaycan Universiteti Xarici dillər kafedrasının və “Fred's English” Beynəlxalq İngilis dili Mərkəzinin birgə təşkilatçılığı ilə “Life-changing English” adlı təlim keçirilib. Təlim Firdovsi Kərimovun təqdimatında tərcümə və Filologiya (ingilis dili) ixtisaslarında təhsil alan tələbələr üçün Microsoft Teams platforması üzərindən təşkil olunub.

 

Firdovsi Kərimov tələbələrə dil biliklərinin əldə olunması yolları, danışıq klublarının fəaliyyəti haqqında məlumat verib. İngilis dilini beynəlxalq səviyyədə təsdiq edən TOEFL və IELTS proqramlarının vacibliyini vurğulayıb. Bildirib ki, hər bir insanın həyatda uğur qazanmasında xarici dil vacib rol oynaya bilər.

 

Qonaq Dağlıq Qarabağ münaqişəsinin davam etdiyi dövrdə Azərbaycan həqiqətlərini dünyaya məmnuniyyətlə çatdırdığını bildirib və tələbələrə bu istiqamətdə öz tövsiyyələrini verib.

 

Təlimdə beynəlxalq səviyyədə uğur qazanmaq və Azərbaycanı dünyada təmsil etmək üçün ingilis dili biliklərinın üstünlükləri müzakirə olunub.

 

Tədbir mövzu ətrafında müzakirələrlə yekunlaşıb.

Xəbər lenti