Logo

İsfar Sarabskinin üçlüyü Bazeldə çıxış edib - FOTO

20.03.2024 13:46 152 baxış
IMG

Beynəlxalq müsabiqələr laureatı, pianoçu və bəstəkar, Azərbaycanın Əməkdar Artisti, Sarabskinin üçlüyü İsveçrə və Almaniyada qastrol səfərindədir. Səfər çərçivəsində ilk çıxış İsveçrənin Bazel şəhərində yerləşən və Avropada ən yaxşı klublardan biri hesab edilən “Birds Eye Jazz Club”-da olub.

Tehsil.biz xəbər verir ki, qastrol səfəri İsveçrədə fəaliyyət göstərən “Azərbaycanın Dostları Birliyi” tərəfindən təşkil edilib. Birliyin sədri Arzu Əliyeva-Bodmerin verdiyi məlumata görə üçlüyün martın sonuna qədər Svabiya, Volfsburq və Berlində çıxışları olacaq.

Tur dünyanın məşhur “Warner Music Group” şirkətinin etiketi altında yeni musiqi albomunun buraxılışı ilə başa çatacaq. Xatırladaq ki, üçlüyün bundan əvvəlki “Planet” albomu da “Warner Music Group” ilə əməkdaşlıq nəticəsində ərsəyə gəlib.

Xəbər lenti