Logo

Azərbaycanın gənc opera müğənniləri birinci Beynəlxalq Opera Festivalına hazırlaşırlar

20.03.2024 18:01 145 baxış
IMG

Fidan Hacıyevanın Vokal məktəbində aprelin 27-dən mayın 3-dək Azərbaycanda keçiriləcək birinci Beynəlxalq Opera Festivalının iştirakçılarının dinlənməsi olub.

Tehsil.biz xəbər verir ki, istedadlı vokalçıların çıxışı aprelin 28-də Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində baş tutacaq. Həmin gün orkestri dirijorlar Orxan Həşimov və Meri Çeminava idarə edəcəklər. Hər iki dirijor dinləmələrdə iştirak edib.

Dinləmələr zamanı gənc opera müğənniləri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Azərbaycan Milli Konservatoriyasının tələbələri öz konsert proqramlarını təqdim ediblər.

Festivalın keçirilməsi təşəbbüsü Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Xalq artisti və pedaqoq Fidan Hacıyevaya məxsusdur.

Xəbər lenti