Logo

“Novruz” musiqili tamaşası təşkil olunub - FOTO

21.03.2024 13:06 122 baxış
IMG

Martın 19-da Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Sarayında "Novruz" musiqili tamaşası təşkil edilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə Azərbaycan incəsənət xadimləri, Vətən müharibəsi şəhidlərinin övladları, valideyn himayəsindən məhrum olmuş və sağlamlıq imkanları məhdud uşaqlar üçün internat məktəblərinin və ümumtəhsil məktəblərinin şagirdləri tamaşaçı qismində iştirak ediblər.

Çərşənbələrin oyanışını özündə əks etdirən dörd hissəli tamaşanın keçirilməsində əsas məqsəd Azərbaycanın tarixi qədər qədim olan Novruz bayramının, onun çoxminillik adət-ənənələrini təbliğ etmək, uşaq və yeniyetmələr arasında milli-mənəvi dəyərləri gələcək nəslə ötürməkdir.

Tamaşada azyaşlı uşaqlar da aktyor qismində iştirak ediblər.

Qeyd edək ki, musiqili tamaşanın quruluşçu rejissoru Nicat Kazımovdur. O, həm də yazıçı İlqar Fəhmi ilə tamaşanın ssenari müəllifliyini də paylaşır. Tamaşaya məxsusi olaraq bəstələnən musiqi isə bəstəkar Azər Hacıəsgərliyə məxsusdur.

Xəbər lenti