Logo

Yusif Eyvazov Moskva Konservatoriyasında konsert verəcək

21.03.2024 14:28 131 baxış
IMG

Martın 26-da Moskva Konservatoriyasının Böyük zalında italyan klassiki Cüzeppe Verdiyinin anadan olmasının 210 illiyinə həsr edilmiş “Verdi-qala” bayram qala-konserti keçiriləcək.

Tehsil.biz xəbər verir ki, dünya operasının ulduzu Yusif Eyvazov, həmçinin xüsusi qonaqlar Darya Rıbak (soprano) və Mahir Tağızadə (bariton) Cüzeppe Verdinin məşhur operalarından xrestomatiya ariyalarını ifa edəcəklər. 

Konsert İvan Rudinin rəhbərliyi altında Moskva Dövlət Simfonik Orkestrinin müşayiəti ilə keçiriləcək, dirijor pultunun arxasında Rusiyanın ən parlaq gənc dirijorlarından biri Denis Vlasenko olacaq.

Konsertin təşkilatçısı Rusiyanın incəsənət və klassik musiqi sahəsində aparıcı agentliklərindən biri olan “Moscow Nights” konsert agentliyidir.

Xəbər lenti