Logo

Dünyada İLK: Cərrahlar xəstəyə donuz böyrəyini köçürüblər

22.03.2024 11:18 151 baxış
IMG

ABŞ-nin Massaçusets ştatındakı tibbi mərkəzin cərrahları dünyada ilk dəfə olaraq geni dəyişdirilmiş donuzun böyrəyini canlı insana uğurla köçürüblər.

Tehsil.biz xarici KİV-ə istinadən xəbər verir ki, böyrək xəstəliyinin terminal mərhələsində olan Massaçusets ştatının Veymut şəhərindən olan 62 yaşlı Riçard Slayman dörd saat ərzində əməliyyat olunub.

Xəstəxanadan bildiriblər ki, xəstə sağalır və tezliklə evə buraxılacaq.

Transplantasiyadakı bu irəliləyiş sayəsində orqan dəyişdirilməsinə ehtiyacı olan xəstələrin gələcəkdə onları xüsusi yetişdirilmiş geni dəyişdirilmiş donuzlardan qəbul edə biləcəkləri gözlənilir.

Xəbər lenti