Azərbaycan-Fransız Universitetinin (UFAZ) Sahibkarlıq və İnnovasiya Mərkəzində “Pitch ‘N Bite x Sushi” tədbiri keçirilib.
UFAZ-dan "Tehsil.biz"ə bildirilib ki, tədbirdə ilkin mərhələdə yer alan üç startap komandası (“OpenConnect”, “CodePays” və “LearnEd”) innovativ ideyalarını təcrübəli təsisçilərdən, investorlardan və mentorlardan ibarət panelə təqdim ediblər.
Startapçılar təqdimatlarını başa vurduqdan sonra panel üzvlərinin suallarını cavablandırıblar və onlardan rəy və məsləhətlər alıblar.
Qeyd edək ki, UFAZ Sahibkarlıq və İnnovasiya Mərkəzi 2023-cü ilin martında yaranıb. Mərkəzin məqsədi UFAZ və digər universitetlərin tələbələrinə startaplar yaratmaqda və onları davamlı bizneslərə çevirməkdə dəstək olmaqdır.