Logo

Şahzadədə xərçəng aşkarlanıb

23.03.2024 15:46 130 baxış
IMG

Uels şahzadəsi Keyt Middleton əməliyyatdan sonra bədənində xərçəng aşkarlandığını bildirib.

Tehsil.biz xəbər verir ki, bu barədə o, özünün "X" hesabında bildirib.

O, hazırda kimyaterapiya keçdiyini açıqlayıb.

“Əməliyyat uğurlu keçdi, lakin bundan sonra aparılan analizlər xərçəngin olduğunu göstərdi. Buna görə də həkimlərim mənə profilaktik kimyaterapiya kursu keçməyi məsləhət gördülər və indi müalicənin ilkin mərhələsindəyəm”, – şahzadə bildirib.

Uels şahzadəsi özünü yaxşı hiss etdiyini və gündən-günə sağaldığını vurğulayıb.

Kensinqton Sarayı yanvarın 17-də Middltonun qarın nahiyəsindən əməliyyat olunduğunu bildirib.

Cərrahi əməliyyatın səbəbləri qeyd edilməyib, Uels şahzadəsinin şəxsi tibbi məlumatlarının məxfi qalmasını istədiyi vurğulanıb.

Xəbər lenti