Logo

Şəki Dram Teatrında "Xanuma" tamaşası nümayiş olunacaq

23.03.2024 16:58 331 baxış
IMG

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi regionlara təşkil olunan qastrol səfərlərini davam etdirir.

Nazirlikdən "Tehsil.biz"ə bildirilib ki, qastrol aksiyasının məqsədi regionlarda mədəni həyatın fəallaşdırılması, əhalinin, xüsusilə də gənclərin asudə vaxtının keyfiyyətinin yüksəldilməsi, yerli yaradıcı kollektivlərlə daha sıx ünsiyyət və faydalı təcrübə mübadiləsinə şərait yaratmaqdır.

Layihə çərçivəsində Azərbaycan Dövlət Akademik Milli Teatrının "Xanuma" tamaşası martın 27-də saat 18:00-da Şəki Dram Teatrında nümayiş olunacaq.

Xəbər lenti