İspaniyanın Barselona şəhərində fəaliyyət göstərən “Barselonadakı Azərbaycanlılar Cəmiyyəti”nin (ASB) və “Barselona Azərbaycan Evi”nin təşkilatçılığı ilə Novruz bayramı münasibətilə martın 20-də “Novruz – 2024” adlı bayram tədbiri keçirilib.
Bu barədə "Tehsil.biz"ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, tədbirdə Kataloniyada yaşayan həmvətənlərimiz və ölkəmizin əcnəbi dostları iştirak ediblər.