Logo

BANM tələbələrindən ibarət komanda daha bir hakaton yarışında uğur qazanıb

23.03.2024 20:04 423 baxış
IMG

USG, “ADA Foundation”, “Pasha Life”, “AzIntelecom” və “ADA Career Services”in sponsorluğu ilə keçirilən və Azərbaycan universitetlərindən 20 komandanın iştirak etdiyi hakatonda Bakı Ali Neft Məktəbinin NAVİ komandası 3-cü yeri tutub.

BANM-dən "Tehsil.biz"ə bildirilib ki, NAVİ komandasında İnformasiya təhlükəsizliyi ixtisasının IV kurs tələbələri Nadir İskəndərov, Əli Məhərrəmli, Vüqar Abduləliyev və İsmayıl Məmmədzadə təmsil olunub.

Qalibləri “Pasha Life” və “AzIntelecom”un münsiflər heyəti tərəfindən qiymətləndirilən hakatonun məqsədi ən müasir texnologiyalardan istifadə edərək həyat sığortası sahəsində problemlərin həlli və innovativ həllərin hazırlanması olub.

Xəbər lenti