Oğuz şəhər 3 saylı məktəb-lisey bağlanıb.
Tehsil.biz "Report"un Şimal-qərb bürosuna istinadən xəbər verir ki, buna səbəb tədris ocağının 5 müəllim və 2 texniki işçisində koronavirus aşkarlanmasıdır.
Oğuz Rayon Təhsil Şöbəsinin müdiri Anar Məcidov "Report"un yerli bürosuna bildirib ki, məktəb iki həftə bağlı qalacaq.
Hazırda məktəbdə dərslər onlayn qaydada keçirilir.