Logo

Türkmənistan prezidenti ikinci kitabını yazıb

24.03.2024 11:31 145 baxış
IMG

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov “Anau - minilliklərə gedib çıxan mədəniyyət” adlı ikinci kitabını yazıb.

Tehsil.biz TASS-a istinadən xəbər verir ki, o, bu barədə ölkənin Nazirlər Kabinetinin iclasında bildirib.

Dövlət başçısının sözlərinə görə, kitab Anau şəhərinin 2024-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi münasibətilə yazılıb.

Bildirilib ki, 2023-cü ilin noyabrında TÜRKSOY Anau şəhərini türk dünyasının mədəniyyət paytaxtı elan edib. Şəhərində türkmən xalqının ən qədim, zəngin tarixə və mədəniyyətə malik olduğuna dair çoxsaylı sübutlar aşkar edilib.

Xatırladaq ki, 2023-cü ilin dekabrında Sərdar Berdiməhəmmədov “Gənclik Vətənin dayağıdır” adlı ilk kitabını təqdim edib.

Xəbər lenti