Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial sifarişləri ilə Ağdam və Ağcabədi rayonlarında 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün Novruz şənlikləri keçirilib.
Tehsil.biz xəbər verir ki, “Gələcəyə Qayğı” Regionların Sosial-İqtisadi İnkişafına Dəstək İctimai Birliyinin və "İnkişafa Doğru" Regionların Sosial-İqtisadi İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən bayram tədbirində 200-dən artıq sağlamlıq imkanları məhdud uşaq və onların valideynləri iştirak edib. Kəndirbazların çıxışı, tonqal ətrafında rəqslər və rəngarəng musiqi nömrələri uşaqları şənləndirib, onlara sevincli anlar yaşadıb.
Sonda uşaqlara Novruz hədiyyələri verilib.