Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisasının IV kurs tələbəsi Aqşin Yusifzadə Səudiyyə Ərəbistanın Kral Abdullah Elm və Texnologiya Universitetində (KAUST) yerləşən “Aramco Araşdırma Mərkəzi”nin təcrübə proqramının qalibi olub.
BANM-dən "Tehsil.biz"ə bildirilib ki, tələbə Azərbaycandan bu proqramı qazanan yeganə tələbədir.
O, üç ay müddətinə Qabaqcıl membranlar və məsaməli materiallar bölməsində tədqiqat köməkçisi olaraq qəbul edilib.