“Apple” şirkəti ABŞ-nin federal antiinhisar qanunlarını pozmaqda ittiham olunur.
Tehsil.biz xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ-nin ədliyyə naziri və baş prokuror Merrik Qarlend deyib.
O bildirib ki, “Apple” smartfon bazarında təkcə texnoloji üstünlüyü ilə deyil, həm də qeyri-qanuni hərəkətləri ilə bazarda hakim mövqeyini qoruyub saxlamaqla qanunları pozur.