Uşaqlar üçün internat müəssisələri ilə bağlı statistik göstəricilər açıqlanıb. Bu ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən 50 internat müəssisəsində 13 min 280 uşaq təlim-tərbiyə alır.
Tehsil.biz xəbər verir ki, bu məlumat Dövlət Statistika Komitəsinin “Azərbaycanda təhsil, elm və mədəniyyət-2020” adlı məcmuəsində əks olunub.
Məcmuədə bildirilir ki, onların 849-u valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlardır. Qeyd edək ki, 2001-ci ildə internat müəssisələrində valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sayı 2 min 484 nəfər olub.