Logo

İspaniyada teleqramın bloklanması qərarı ləğv edilib

25.03.2024 19:39 233 baxış
IMG

İspaniya məhkəməsi servisdə pirat məzmunun yayılması ilə bağlı aparılan araşdırma çərçivəsində teleqramın ölkədə bloklanması ilə bağlı verdiyi qərarı dayandırıb.

Tehsil.biz xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Bu gün açıqlanan məhkəmə bəyanatına görə, İspaniya Milli Məhkəməsinin hakimi Santiaqo Pedras polisdən proqram və onun bloklanmasının istifadəçilərə necə təsir edəcəyi barədə hesabat hazırlamağı xahiş edib.

Qeyd edək ki, Pedraz daha əvvəl pirat məzmunun bir çox kanalda paylaşılması halları ilə bağlı araşdırmanın bir hissəsi olaraq bazar ertəsi günündən başlayaraq teleqramı altı aya qədər bloklamaq barədə göstəriş vermişdi. İş materiallarına görə, istintaq şirkətin özünə qarşı deyil, ayrı-ayrı kanal sahiblərinə qarşı yönəlib.

Xəbər lenti