Logo

Məşhur şirkət 1200 nəfəri işdən çıxarır

25.03.2024 23:45 232 baxış
IMG

İsveçin "Ericsson" telekommunikasiya şirkəti 1200 əməkdaşını ixtisar etmək niyyətindədir.

Tehsil.biz xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, şirkət istehsal və idarəetmə proseslərinin optimallaşdırılması və bəzi bina və xidmətlərin ləğvi də daxil olmaqla xərclərin azaldılması üçün tədbirlər görmək niyyətindədir. "Ericsson" xərclərə qənaət tədbirlərinə ehtiyacı telekommunikasiya bazarındakı çətin şəraitlə əlaqələndirir.

2023-cü ilin sonuna olan məlumata görə, "Ericsson"un təxminən 100 min işçisi olub. İşçilərin 14 mini İsveçdə olub.

Xəbər lenti