Logo

Emin Ağalarov “Crocus City Hall”da memorial yaradacağına söz verib

26.03.2024 10:05 141 baxış
IMG

“Krokus” Şirkətlər Qrupunun keçmiş birinci vitse-prezidenti Emin Ağalarov Rusiyanın RBK kanalına müsahibəsində “Crocus City Hall”un bərpası zamanı memorial yaradacağına söz verib.

Tehsil.biz xəbər verir ki, o, bu barədə RBK telekanalına bildirib.

“Təbii ki, biz bütün bunları nəzərdən keçiririk, lakin indi bizim bir az fərqli prioritetlərimiz var: Zərərçəkənlərə maksimum yardım göstərmək, bu işdə iştirak etmək üçün Müslüm Maqomayev Fondunu da cəlb etmək və xilasedicilərə dağıntıları təmizləməkdə kömək etmək istəyirik. Hələlik bizim ilk işimiz bunlardır”, - deyə o qeyd edib.

Xəbər lenti