Logo

Avropa İttifaqı Şurası media azadlığını qoruyacaq yeni qanun qəbul edib

26.03.2024 19:33 271 baxış
IMG

Avropa İttifaqı Şurası təşkilata üzv olan ölkələrdə media azadlığını, plüralizmini və redaksiya müstəqilliyini qoruyacaq yeni qanun qəbul edib.

Tehsil.biz xəbər verir ki, bu barədə qurumun rəsmi səhifəsində məlumat yayılıb.

Bildirilib ki, Avropa Media Azadlığı Aktı (EMFA) Aİ-nin daxili bazarında media xidmətləri üçün ümumi çərçivə yaradacaq və jurnalistlərlə media provayderlərini siyasi müdaxilədən qorumaq, eyni zamanda onların Aİ-nin daxili sərhədləri boyunca fəaliyyətini asanlaşdırmaq üçün tədbirlər təqdim edəcək.

Məlumata görə, yeni qaydalar vətəndaşların ödənişsiz və çoxlu məlumat əldə etmək hüququnu təmin edəcək, həmçinin üzv dövlətlərin bu məlumatı qorumaq üçün müvafiq şərait və çərçivə təmin etmək məsuliyyətini müəyyənləşdirəcək.

Xəbər lenti