Logo

Bakı Ali Neft Məktəbi Beynəlxalq təhsil sərgisində təmsil olunub

09.04.2021 10:04 688 baxış
IMG

Bakı Ali Neft Məktəbi (BANM) Qazaxıstanın Bolaşaq Fondu tərəfindən təşkil olunan “Beynəlxalq təhsil sərgisi”ndə iştirak edib. Sərgiyə 37 ölkədən 180 universitet qatılıb. Sərgidə Avstraliya, Almaniya, Kanada, ABŞ, Fransa, Sinqapur kimi ölkələrin universitetləri təmsil olunub.

 

Sərgi zamanı BANM haqqında məlumatlar, video və prezentasiyasiyalar sərginin veb səhifəsində, o cümlədən “Instagram” hesabında yerləşdirilib. Sərgi davam etdiyi müddətdə onlayn görüşlərdə BANM haqqında prezentasiyalar təqdim edilib, ziyarətçilərin sualları cavablandırılıb.

 

Ümumilikdə, sərgi müddətində Qazaxıstan, Özbəkistan və Qırğızıstan kimi ölkələr də daxil olmaqla 62 şəxslə görüş keçirilib və onları maraqlandıran suallara cavab verilib.

Xəbər lenti