Logo

Pedaqoji Universitet Laçındakı “Simurq” kitabxanasına kitablar hədiyyə edib - FOTO

26.03.2024 20:49 287 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kitabxana-İnformasiya Mərkəzi Laçın şəhərindəki “LaCinema” kinoteatrının nəzdində fəaliyyət göstərən “Simurq” kitabxanasına 27 Mart – Elm Günü münasibətilə kitablar hədiyyə edib.

Bu barədə "Tehsil.biz"ə universitetdən məlumat verilib.

Bildirilib ki, hədiyyə olunan kitablar arasında Unu Öndər Heydər Əliyevin və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin zəngin fəaliyyətlərinin müxtəlif aspekstlərini əks etdirən kitablar, Vətən müharibəsi şəhidləri ilə bağlı ensiklopedik nəşrlər, ADPU-nun yubiley nəşrləri, eləcə də universitetin professor-müəllim heyətinin elmin müxtəlif sahələrinə aid əsərləri və dərslikləri yer alır.

Yola salınmazdan əvvəl Universitetin Kitabxana-İnformasiya Mərkəzində toplanan kitabların sərgisi təşkil olunub. ADPU-nun rektoru, professor Cəfər Cəfərov, elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov, Kitabxana-İnformasiya Mərkəzinin direktoru Zinharə Həsənova və ADPU-nun Gənc Alimlər və Tədqiqatçılar Şurasının sədri İlkin Əsgərov sərgiyə baxış keçiriblər.

Qeyd edək ki, cari ilin fevralın 4-də istifadəyə verilmiş kitabxana Laçına yeni köçmüş sakinlərin təşəbbüsü ilə görkəmli maarifçi, yazıçı Tağı Şahbazi Simurğun şərəfinə “Simurq” adlandırılıb.

Xəbər lenti