Logo

Məktəbli atasının maşını ilə qəza törətdi

27.03.2024 09:52 154 baxış
IMG

Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Tehsil.biz xəbər verir ki, martın 26-sı saat 22:30 radələrində Şəmkir-Seyfəli yolunun Yeni Həyat kəndindən keçən hissəsində 2007-ci il təvəllüdlü şəxsin idarə etdiyi “VAZ” markalı avtomobil aşıb. Nəticədə sürücü və 2009-cu il təvəllüdlü sərnişini T.Alıyev müxtəlifdərəcəli xəsarətlər alıb. Digər sərnişin, T.Alıyevin 1998-ci il təvəllüdlü qardaşı Orxan Alıyev isə aldığı xəsarətlərdən vəfat edib.

Bildirilib ki, hadisəni törədən 17 yaşlı oğlan orta məktəb şagirdidir. O, atasına məxsus avtomobili sürücülük hüququ olmadan idarə edirmiş.

Faktla bağlı Şəmkir RPŞ-də cinayət işi başlanılıb, araşdırma aparılır.

Xəbər lenti