Azərbaycan Prezidenti İlham Əliyev Elçin Babayevin yenidən Bakı Dövlət Universitetinin rektor təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.
Tehsil.biz xəbər verir ki, dövlət başçısının imzaladığı sənəddə deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 2.13-cü bəndinə uyğun olaraq qərara alıram:
Elçin Səfəralı oğlu Babayev Bakı Dövlət Universitetinin rektoru təyin edilsin".