Logo

BMU əməkdaşları “Veliyev” MMC-də olublar - FOTO

27.03.2024 14:56 121 baxış
IMG

Bakı Mühəndislik Universitetinin (BMU) əməkdaşları-Müəssisələrlə əlaqələr və karyera departamentinin direktoru Gülçöhrə İbrahimova və Mühəndislik fakültəsinin dekanı Hüseyn Mirzəyev “Veliyev” MMC-də olublar.

Bu barədə "Tehsil.biz"ə BMU-dan bildirilib.

Adıçəkilən MMC-nin istehsalat direktorunun birinci müavini Əjdər Vəliyev, direktorun istehsal sahəsi üzrə müavini Müşfiq Əkbərli qonaqlara 2005-ci ildə əsası qoyulan müəssisə haqqında ətraflı məlumat veriblər.

Müzakirələr zamanı MMC ilə BMU arasında əməkdaşlığın müxtəlif istiqamətləri, o cümlədən tələbə və məzunların müəssisənin istehsalat prosesinə cəlbi, müəssisədə təcrübə keçmə imkanları, tələbələrlə görüşlərin təşkili və s. kimi məsələlər nəzərdən keçirilib.

Sonda BMU əməkdaşları MMC-nin fəaliyyəti, istehsalat prosesi ilə yaxından tanış olublar.

Xəbər lenti