Logo

Distant təhsil alan şagirdlər üçün "Wi-Fi" pulsuz olacaq? - AÇIQLAMA

09.04.2021 10:22 796 baxış
IMG

Xəbər verdiyimiz kimi, aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada keçirilir. Distant təhsil üçün isə sürətli internetin olması vacib şərtdir. Sakinlərin əksəriyyəti isə internetsizlikdən şikayətlənirlər.

 

Məsələ ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə əlaqə saxladıq. Nazirlik rəsmisi BiG.AZ-a bildirib ki, vətəndaşların telekommunikasiya xidmətlərinə olan tələbatının ödənilməsi üçün mərhələli şəkildə işlər həyata keçirilir:

 

"Vətəndaşların telekommunikasiya xidmətlərinə olan tələbatının ödənilməsi, dayanıqlığın və keyfiyyətin təmin edilməsi məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin müvafiq qurumları tərəfindən mərhələli şəkildə bütün zəruri işlər həyata keçirilir.

 

"Bakı Telefon Rabitəsi" MMC (Baktelecom) tərəfindən Bakı və ətraf ərazilərdə yerləşən fərdi evlərdən ibarət yaşayış massivlərində "Evədək optika" layihəsinin icrasına başlanılıb. GPON (Gigabit Passive Network) texnologiyası əsasında tətbiq edilən bu layihə bir optik xətt üzərindən istifadəçilərin telefon, internet və televiziya xidmətlərinə qoşulmasına imkan yaradır. Texnologiya telefon xətlərindən asılılığın olmaması, 100 Mbit/s-ə qədər qoşulma sürəti və digər üstünlüklərə malikdir.Eyni zamanda "Baktelecom" məhdud infrastrukturlu Bakıətrafı ərazilərdə simsiz rabitə – LTE (Long Term Evolution) texnologiyası üzərindən sakinlərin rabitə xidmətləri ilə təminatını həyata keçirir. Təqdim edilən "Simsiz rabitə" xidməti ilə uzun zaman mövcud olan telefon çəkilişi və internet xidmətləri ilə təchizat çətinliyi aradan qaldırılır. İstifadəçilər "simsiz" şəbəkəni dəstəkləyən xüsusi avadanlıq əldə etməklə rabitə xidmətlərindən yararlana bilirlər. "Baktelecom" Bakı şəhəri üzrə köhnə və yeni tikililərdə optik şəbəkəyə keçidlə bağlı "Evədək optika" layihəsinin icrasını həyata keçirir. Görülən işlər çərçivəsində "Baktelecom"un inşa etdiyi 180 min mənzilə müasir standartlarla genişzolaqlı xidmətin ötürülməsinə imkan yaradılıb. Bölgələrdə isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən mərhələli şəkildə bütün zəruri işlər görülür.Belə ki, rabitə şəbəkəsi olan kənd və qəsəbələrdə yeni tikilən evlərin və genişlənən ərazilərin, habelə yeni salınmış yaşayış məntəqələrini telekommunikasiya xidmətləri ilə təmin etmək məqsədilə mövcud tutumun artırılması və xətt şəbəkəsinin tikilməsi istiqamətində tədbirlər görülür. Bu məqsədlə Biləsuvar, Zaqatala, Qazax rayonlarında və Şirvan şəhərində ONU (Optical Network Unit – Optik Şəbəkə Bloku) tipli avadanlıqlar quraşdırılaraq istifadəyə verilib.Bununla yanaşı, həyata keçirilən şəbəkənin müasirləşdirilməsi layihəsi çərçivəsində göstərilən xidmətlərin çeşidini və həcmini artırmaq üçün mövcud mis kabel xətləri fiber-optik xətlərlə əvəzlənir və GPON texnologiyası tətbiq edilir. Bildirmək istərdik ki, kəndlərdə köhnə tipli avadanlıqlar müasir avadanlıqlarla əvəz olunur, xətt şəbəkəsi təmir edilir, şəbəkənin genişləndirilməsi işləri aparılır. Proses hazırda da davam etdirilir.Görülən işlərin nəticəsi kimi, vətəndaşların telefon və internetlə təmin olunmasında artım müşahidə edilir. Eyni zamanda tələbatı nəzərə alaraq çevik telekommunikasiya şəbəkəsinin qurulması məqsədilə 4-cü nəsil simsiz rabitə texnologiyası – LTE tətbiq edilir. Artıq Sumqayıt şəhərinin ətraf ərazilərində, Abşeron rayonunun bir sıra yaşayış məntəqələrində və Xaçmaz rayonunun kəndlərində sakinlər internetlə yanaşı, digər multimedia xidmətlərindən də faydalana bilirlər.Qeyd edək ki, bütün regionlardan edilən müraciətlər qeydə alınır, sakinlərin telefon və internet xidmətləri ilə təmin olunması istiqamətində işlər davam etdirilir".

Xəbər lenti