Logo

ADPU-nun Şəki filialına yeni direktor təyin olunub

27.03.2024 18:43 153 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetin (ADPU) Şəki filialına yeni direktor təyin olunub.

Tehsil.biz xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə Vurğun Məmmədov təyinat alıb.

Qeyd edək ki, V.Məmmədov bu təyinata qədər ADPU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində çalışıb. Eyni zamanda, tarix üzrə fəlsəfə doktoru, ADPU-nun Azərbaycan tarixi kafedrasının dosentidir.

Xəbər lenti