Logo

Məktəbəqədər müəssisələrdə ali təhsilli işçilərin sayı artıb

09.10.2020 12:31 597 baxış
IMG

Azərbaycanda fəaliyyət göstərən 1840 dövlət və qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsində 2020-ci ilin əvvəlinə uşaqların sayı 128 min 826 nəfər olub. 2001-ci ildə isə 1790 məktəbəqədər təhsil müəssisəsinə 111 min 20 uşaq cəlb olunub. Bu da məktəbəqədər təhsil müəssisələrinə cəlb olunan uşaqların sayının artdığını göstərir.

Tehsil.biz xəbər verir ki, bu məlumat Dövlət Statistika Komitəsinin “Azərbaycanda təhsil, elm və mədəniyyət-2020” adlı məcmuəsində əks olunub.

Məcmuədə bildirilir ki, həmin təhsil müəssisələrində 17 min 390 pedaqoji işçi çalışır. Onların 35,1 faizi ali təhsillidir. 2006-cı ildə isə bu rəqəm 25,1 faiz təşkil edib.

Xəbər lenti