Logo

Bu bölgədə tərbiyəçi-müəllimlərin işə qəbulu elan olunur

27.03.2024 21:55 234 baxış
IMG

“İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsinə tərbiyəçi-müəllimlərin işə qəbulu elan olunur.

Bu barədə "Tehsil.biz"ə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.

Layihə Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən həyata keçirilir. Layihənin əsas məqsədi məktəbəqədər təhsildə keyfiyyətin artırılması və ona çıxış imkanlarının yaradılması, eyni zamanda icma-məktəb əlaqələrinin gücləndirilməsidir.

Layihə çərçivəsində icmalarda 3-5 yaşlı uşaqlar üçün xüsusi resurslarla təmin olunmuş sinif otağı təşkil olunacaqdır. Uşaqlar həftə ərzində 4 dəfə 2-2.5 saat olmaqla məktəbəqədər təhsilə cəlb olunacaqlar.

Layihəyə qəbul olunmuş tərbiyəçi-müəllimlər icmada xüsusi yaradılmış qruplarda müəyyən zaman çərçivəsində 3-5 yaşlı uşaqların məktəbəqədər təhsili ilə məşğul olacaqlar. Tərbiyəçi-müəllimlər bununla bağlı mütəmadi olaraq xüsusi təlimlərdə iştirak edəcəklər.

İcma qrupları ilə işin təşkili və təlimlərə qatılma xərcləri layihə tərəfindən qarşılanacaqdır.

Kimlər tərbiyəçi-müəllim ola bilər?

Yeni açılacaq icma mərkəzinin yerləşdiyi məktəbə yaxın ərazidə (daimi) yaşamaq;

3-5 yaşlı uşaqlarla işləmək arzusu, biliyi və bacarığı olması;

Həftədə 4 dəfə 2 – 2,5 saat olmaqla tədris prosesini təşkil etmək imkanına malik olmaq;

Ali və ya orta ixtisas təhsilli namizədlərə, xüsusən də erkən uşaqlıq təhsili və ya əlaqəli sahələrdə ixtisasları olan namizədlərə üstünlük verilir.

Müraciət qaydaları və seçim mərhələləri:

Ərizə (Elektron müraciət) formasının doldurulması

Ərizəçi meyarlarına cavab verən namizədlər imtahan mərhələsinə dəvət olunur.

İmtahanın keçiriləcəyi yer, tarix və saatı barədə əvvəlcədən namizədlərə məlumat verilir.

Müsabiqə mərhələsi

Müsahibə mərhələsi

Müraciət üçün son tarix:

04 aprel 2024-cü il

Qeydiyyatdan keçmək üçün linkə keçid edin:

https://forms.gle/AEb8t1bpDxUzHmHV7

Xəbər lenti