Logo

Rafaelin yeni tapılan əsəri sərgiyə çıxarılacaq

28.03.2024 10:17 135 baxış
IMG

İntibah dövrünün məşhur rəssamı Rafaelin yeni tapılmış əsəri kilsədə nümayiş etdiriləcək.

Tehsil.biz xəbər verir ki, əsəri 2023-cü ildə fransız kolleksiyaçı Londondan 35 000 avroya alıb. Noyabr ayında lazer analizi nəticəsində əsərin italiyalı rəssam Rafaelə (1483-1520) aid “Mariya Maqdalenanın portreti” olduğu müəyyən edilib.

Portret Fransanın Var departamentindəki Müqəddəs Maqdalena bazilikasında aprelin 20-də nümayişə çıxarılacaq. Adının açıqlanmasını istəməyən kolleksiyaçı sərgidən sonra əsəri hansısa muzeyə hədiyyə etmək niyyətindədir.

Xəbər lenti