Logo

"GreenTech Startap və Yaşıl Texnologiyalar" müsabiqəsinə start verilir

28.03.2024 13:25 120 baxış
IMG

Azərbaycan Texnologiya Universitetinin təşkilatçılığı, Təhsilin İnkişafı Fondunun, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin, “Kapital Bank”ın və Bir Tələbə Könüllü Təşkilatının dəstəyi ilə "GreenTech Startap və Yaşıl Texnologiyalar" müsabiqəsinə start verilir.

Universitetdən "Tehsil.biz"ə verilən məlumata görə, müsabiqə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə elan edilmiş “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunur. Yarışın final mərhələsi mayın 1-2-də baş tutacaq.

Tələbələr qeydiyyat, eləcə də müsabiqənin kateqoriyaları ilə bağlı ətraflı məlumat əldə etmək üçün QR kod və ya https://atu.edu.az/ greentech linkindən istifadə edə bilərlər.

Qeydiyyat üçün son tarix aprelin 23-dür.

Xəbər lenti