Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Qəbələ Rayon İcra Hakimiyyəti və “Start IT” Təlim Mərkəzi nümayəndələrinin iştirakı ilə “Technest” təqaüd proqramı üzrə infosessiya keçirilib.
Mərkəzdən "Tehsil.biz"ə bildirilib ki, infosessiyada Agentliyin monitorinq qrupunun rəhbəri İbrahim Qədirov təqdimatla çıxış edib, iştirakçıların suallarını cavablandırıb.
“Start IT” şirkətinin rəhbəri Azər Sanılı və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev təqaüd proqramının növbəti mərhələsində müvəffəqiyyət qazanmış tələbələrə təlimatlar verib, onların beynəlxalq sertifikatlı təlimlərdə iştirak etmək hüququ qazanacaqlarını diqqətə çatdırıblar.
Bu layihə çərçivəsində hazırda Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Help Desk” bacarıqlarına yiyələnmək üzrə təlimlər davam edir.