Logo

Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb - FOTO

28.03.2024 18:22 170 baxış
IMG

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlərə başlayıb.

Agentlikdən "Tehsil.biz"​​​​​​ə bildirilib ki, Orta ixtisas təhsil müəssisələri ilə iş sektorunun müdiri Səbinə Ənvərli və Hüquq və insan resursları sektorunun müdiri Siyavuş Əhmədzadə Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecdə monitorinq keçiriblər.

Monitorinq zamanı agentliyin nümayəndələri tələbələrlə görüşüb və kollecin maddi-texniki bazası ilə tanış olublar. Həmçinin müəssisədə tədrisin müvafiq normativ-hüquqi aktların tələblərinə uyğun olaraq təşkili yoxlanılıb.

Orta ixtisas təhsili müəssisələrində monitorinqlərin keçirilməsində əsas məqsəd müəssisələrdə tədrisin təşkilini izləmək, problem və ehtiyacları müəyyən etmək və onlara uyğun tədbirlər görməkdir.

Xəbər lenti