Logo

Azərbaycan elmi daha bir dəyərli alimini itirdi

09.04.2021 10:52 467 baxış
IMG

Tarix üzrə elmlər doktoru, professor, Azərbaycan Tibb Tarixçiləri Birliyinin prezidenti, Beynəlxalq Tibb Tarixi Cəmiyyəti (ISHM) İdarə Heyətinin üzvü, Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Əlyazmaların və əski çap kitablarının tərcüməsi və çapa hazırlanması şöbəsinin müdiri Fərid Ələkbərli dünyasını dəyişib. 


Fərid müəllim bütüv ömrünü elmə, əlyazmaların tədqiqinə həsr etmiş təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından kənarda da kifayət qədər tanınmış dəyərli tədqiqatçı alimlərindən biri idi.

 

Fərid müəllimin Azərbaycan elmi qarşısında xidmətləri böyükdür. O, elmin müxtəlif sahələrinə aid bir çox aktual əsərlərin tədqiqatçısıdır. 


Vatikan Apostol Kitabxanasında və Vatikan Məhfi Arxivlərində uzunmüddətli araşdırmalar aparan ilk Azərbaycanlı alim olmuşdur. 2011-2013-cü illərdə Vatikana səfərləri müddətində Vatikan Arxivlərində Azərbaycan tarixinə aid çoxsaylı sənədlər aşkar etmiş və onların surətlərini Bakıya gətirmişdir.

Xəbər lenti