Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) və Azərbaycan Dillər Universitetinin Tələbə Gənclər Təşkilatları arasında əməkdaşlıq görüşü keçirilib.
Bu barədə "Tehsil.biz"ə ADAU-dan bildirilib.
Onlayn formada keçirilən əməkdaşlıq görüşündə qarşıda görüləcək işlərin ilkin planı hazırlanıb və bununla bağlı müzakirə aparılıb.
Müzakirə zamanı yaxın gələcəkdə layihələrin keçirilməsi, tələbə gənclər üçün yeni imkanların yaradılmasından bəhs olunub.