Logo

Dördüncü “Yüksəliş” müsabiqəsinə 14 min nəfərdən çox iştirakçı qeydiyyatdan keçib

29.03.2024 13:49 147 baxış
IMG

Martın 1-dən etibarən start götürən dördüncü “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsinin tamamlanmasına sayılı günlər qalıb.

“Yüksəliş” müsabiqəsinin İşçi Qrupundan "Tehsil.biz"ə bildirilib ki, bu müddət ərzində müsabiqəyə ötən illərlə müqayisədə rekord sayda müraciət qeydə alınıb. Belə ki, 14 min nəfərdən çox iştirakçı qeydiyyat mərhələsini uğurla tamamlayaraq mentorlardan 1 illik fərdi inkişaf planı əldə etmək, adını kadr ehtiyatı bankına yazdırmaq və 20 000 AZN məbləğində pul mükafatı qazanmaq üçün müsabiqəyə qoşulub. Müsabiqə üçün qeydiyyat yukselish.az saytı vasitəsilə həyata keçirilir və martın 31-i saat 18:00-dək davam edəcək.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidentinin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin məqsədi 21-51 yaş aralığında intellektual səviyyəsi və ikiillik idarəçilik təcrübəsi olan perspektivli rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.

Növbəti - dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti tərəfindən 2023-cü il dekabrın 25-də Sərəncam imzalanıb.

Xəbər lenti