Logo

Gəncənin Heydər Əliyev Meydanında fəvvarələr yenidən qurulub - VİDEO

29.03.2024 15:18 113 baxış
IMG

Gəncədə həyata keçirilən abadlıq-quruculuq işləri çərçivəsində şəhər ərazisində olan və müasir tələblərə cavab verməyən fəvvarələr təmir olunub.

Bu barədə "Tehsil.biz"ə Gəncə şəhər İcra Hakimiyyətindən bildirilib.

Məlumata görə, Gəncənin Heydər Əliyev Meydanında olan iki böyük fəvvarə, sökülərək, müasir standartlara uyğun şəkildə fərqli görünüşdə yenidən inşa edilib.

İşıq və musiqi effektləri ilə təchiz olunan fəvvarələr, şəhərin mərkəzi meydanının ümumi görünüşünə əlavə gözəllik qatıb.
Qeyd edilib ki, Heydər Əliyev Meydanında olan iki böyük fəvvarə ilə yanaşı, Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansında olan daha 4 fəvvarədə yenidənqurma işləri həyata keçirilib. Belə ki, “Xan bağı”nda olan 2 fəvvarə yenidən qurulub. Şəhərin Cavad xan küçəsində olan 2 fəvvarə isə əsaslı şəkildə təmir olunub.

Xəbər lenti